![]()
“Roma”, “İnter” və Braziliya millisinin sabiq futbolçusu Jair Da Kosta dünyasını dəyişib.
Subyekt.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb. Forvard 1967/68 mövsümündə “canavarlar”da çıxış edib və bundan əvvəl o, 5 il “İnter”in formasını geyinib. Da Kosta həmçinin Çilidə keçirilən Dünya Kubokunda bir oyun keçirərək çempion olub. Jair karyerasını 1976-cı ildə başa vurub və o vaxtdan bəri çox nadir hallarda ictimaiyyət qarşısına çıxıb, sakit ailə həyatına üstünlük verib.
Subyekt.az