![]()
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçirilib. Bu gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı təşkil olunub.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
Nəticələr 2 həftədən sonra elan olunacaq.
Mayın 3-də rezidenturaya qəbul imtahanının birinci mərhələsi də təşkil olunub.
İmtahan nəticələri 2-3 gündən sonra elan olunacaq.
Bundan əlavə, bu gün inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları da keçirilir.
Subyekt.az