![]()
Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı, tanınmış ictimai-siyasi xadim Fazil Mustafanın 60 illik yubileyidir.
Fazil Mustafa uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında fəal mövqe nümayiş etdirən, prinsipiallığı, intellektual səviyyəsi və dövlətçilik düşüncəsi ilə seçilən bir şəxsiyyətdir. Onun siyasi fəaliyyətinin əsas qayəsini Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə və demokratik prinsiplərə sadiqlik təşkil edir.
Milli Məclisdəki fəaliyyəti dövründə Fazil Mustafa cəmiyyətin aktual problemlərinin qaldırılmasında, qanunvericilik təşəbbüslərində və vətəndaş maraqlarının qorunmasında ardıcıl və obyektiv mövqeyi ilə tanınıb. Onun çıxışları və təşəbbüsləri daim dövlətin inkişafına, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət edib.
Fazil Mustafa həm də ictimai fikir adamı, publisist və ziyalı kimi gənc nəslin milli düşüncə ruhunda formalaşmasına mühüm töhfələr verib. Onun elmi, publisistik və siyasi fəaliyyəti Azərbaycan intellektual mühitində özünəməxsus iz buraxıb.
Subyekt.az kollektivi adından Fazil Mustafa bəyi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Azərbaycan dövlətinə, millətinə və cəmiyyətinə göstərdiyi xidmətlər daim yüksək qiymətləndirilsin!

Hörmətlə,
Rövşən Hüseynli
Subyekt.az