![]()
Xaçmaz Rayonunun İcra Başçısı Elnur Rzayev gənc , savadlı kadrdır. O, Xaçmazın quruculuq işləri ilə daima yaxından tanış olur və problemləri köklü həll edir.
Demək olar ki , hər kəslə dostluq münasibəti qurub. Buna misal olaraq, bu yaxınlarda Xaçmazın qələm adamlarını bir araya toplayaraq onlara diqqət və dəyər göstərdiyini vurğulaya bilərik. Elnur Rzayev Azərbaycan Respublikası Prezidentinin 31 Oktyabr 2019 -cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
22.06.2019 – cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənmə” medalı ilə təltif edilmişdir.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.
2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, bundan sonra isə Gəncə ASAN Xidmətin rəhbəri vəzifələrində çalışıb.
Ailəlidir, 3 övladı var.
Rzayev Elnur Şahbaz oğlu 1980-ci il 2 apreldə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub.
Bu gün Elnur məllimin 45 yaşı tamam olur. Doğum günü münasibəti ilə Elnur müəllimi Subyekt.az saytı adından təbrik edir, daha da uca zirvələr arzulayırıq.

Firəngiz Sabirqızı
Subyekt.az