![]()
Azərbaycan III MDB Oyunlarında Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin idmançıları Ziya Həsənli və Məryəm Məmmədova taekvondo idman növündə uğurla çıxış ediblər.
Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reallaşan turnirdə 63 kq çəki dərəcəsində mübarizə aparan Ziya Həsənli, 53 kq çəki dərəcəsində isə Məriyəm Məmmədova gərgin keçən döyüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüblər.
Subyekt.az