Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 hərbi qulluqçusuna “general-leytenant” ali hərbi rütbəsi verilib.

Bunlar general-mayor Babək Mürsəl oğlu Ələkbərov, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov və general-mayor Faiq Həmzəağa oğlu Məmmədovdur.

General-leytenant ali hərbi rütbəsi verilən Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.

Subyekt.az