
Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus nəqliyyat vasitələri hərraca çıxarılır. Subyekt.az qeyd edir ki, Gundelik.az-ın əldə etdiyi məlumata görə, siyahıda 17 quruma aid müxtəlif nəqliyyat vasitələri yer alıb. Satışa çıxarılan nəqliyyat vasitələrinin buraxılış ili 1987-ci ildən 2012-ci ilədək, start qiyməti isə 750 manatdan başlayaraq 38 300 manatadək dəyişir. 27 may 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.
Subyekt.az