Skip to content
18 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Qarabağ
  • Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb
  • Qarabağ

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

06 May 2024
WhatsApp Image 2024-05-06 at 16.00.41
9

Loading

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi və “Bakcell” mobil rabitə şirkəti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun və “Bakcell” şirkətinin satış direktoru Həmid İmanovun imzaladıqları Memoranduma əsasən, Respublikamızda telekommunikasiya xidmətləri sahəsində çoxillik təcrübəsi olan mobil şəbəkə operatoru Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək verir.

Bu ilin aprel ayından etibarən, “Bakcell”  doğma yurda qayıdan keçmiş məcburi köçkünlərə sim-kartlar hədiyyə edərək, onlara ödənişsiz xidmətlərdən yararlanmaları sahəsində yeni tarif paketləri təqdim edir. Belə ki, 2 AZN xidmət haqqı ödəməklə bu kompaniyadan yararlanan keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışmaq imkanı əldə edirlər.

Qeyd edək ki, Sim-kartların işğaldan azad edilmiş ərazilərə qayıtmış və qayıdacaq ailələrin razılığı ilə hər birinə təqdim olunması nəzərdə tutulur.

Bildiririk ki, ilkin mərhələdə Füzuli şəhərinə və Laçın rayonunun Zabux kəndinə köçürülmüş, o cümlədən daha əvvəl doğma yurda qayıdan 1100-dən çox ailəyə ödənişsiz nömrələrin paylanması prosesi həyata keçirilib və davam etdirilir. İlkin olaraq hər bir ailəyə 2 ədəd sim-kart təqdim olunmuşdur. Sonradan bu sim-kartların sayının həmin ailələrin istəyi ilə (5 ədəd nömrəyədək) artırılması planlaşdırılır.

Subyekt.az

Continue Reading

Previous: Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirilib
Next: *Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıb.*

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Yol polisindən sürücülərə MÜRACİƏT
  • Ceki Çan Azərbaycana gəlir – Bakıda filmə çəkiləcək
  • Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır
  • Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • Azərbaycan Jurnalistlər Birliyi “Əkinçidən Yeni Çağa: AJB Bölgə Mediası Dinləməsi” layihəsinin ilk görüşünü keçirib

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

photo_335637
  • Ölkə
  • Xəbərlər

Yol polisindən sürücülərə MÜRACİƏT

18 İyul 2026
2026_05_14_13_12_25zqp6q0nccckgoofjorn1_file_1784365859_660x441
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Ceki Çan Azərbaycana gəlir – Bakıda filmə çəkiləcək

18 İyul 2026
6a5b76a78f4f86a5b76a78f4f9178437904777f6fbc8c0c5d14903a795ef189f13ec
  • Dünya
  • Hadisə
  • Xəbərlər

Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır

18 İyul 2026
3
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

18 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.