
Transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur. APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına müraciətində bildirib. “Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meylləri hamımızı narahat edir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Subyekt.az