![]()
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ali təhsil müəssisələri arasındakı əməkdaşlığa əsasən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində istehsalat təcrübəsinə cəlb olunan tələbələr üçün növbəti təlim təşkil edilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təcrübəçilərə Azərbaycan Respublikasının əmək qanunvericiliyinin əsasları mövzusunda təlim keçirilib. 18 may – 18 iyun tarixlərinin “İnsan hüquqları aylığı” elan olunması ilə əlaqədar Mərkəzin əməkdaşı, hüquqşünas Adil Əliyev Bakı Dövlət Universitetinin tələbələri ilə mövzuya uyğun maarifləndirici müzakirələr aparıb, onları maraqlandıran sualları cavablandırıb.

.

.

.

Subyekt.az