
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin regional bölmələrində yoxlamalaraparılır. Subyekt.az Qaynarinfo-ya istinadla xəbər verir ki, “Aqroservis” ASC-nin Cəlilabad regional nümayəndəliyində və digər bölmələrdə aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlanıb.
Pozuntular Lənkəran-Lerik-Astara rayon bölməsində də aşkar edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə “Aqroservis” ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru Rahim Rzayev vəzifəsindən azad edilib.Rahim Rzayev bir müddət əvvəl saxlanılaraq barəsində cinayət işi açılıb və həbs edilib.“Aqroservis” ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru vəzifəsinə Zaur Muradov Ağaşirin oğlu təyin olunub.Qeyd edək ki, hazırda “Aqroservis” ASC-nin sədri Mehman Veysəlovdur.
Subyekt.az