![]()
Diqqət! Android smartfonuna virus daşıyıcısı olan “crack” proqramlar yükləyənlərdə “Birbank” tətbiqi bloklanır. Bu barədı İKT mütəxəssisi Fərid Pərdəşünas məlumat verib. O bildirib ki, buna səbəb “WhatsApp+”, başqalarının bağlı profillərinə baxmaq üçün əlavələr və pullu xidmətləri pulsuz təqdim edən “apk” fayllardır. Mütəxəssisin söxlərinə görə, belə fayllar cihazlarda arxa planda cəsusluq edirlər.