
Xaçmaz Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman sektoru və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon Gənclər və İdman sektorunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmləri eləcədə fəal gənclər iştirak ediblər.
Çıxış edənlər dövlət-din münasibətlərindən danışaraq, Azərbaycan dövlətinin dini dəyərlərə diqqət və qayğı göstərdiyini, eyni zamanda, radikalizmə və ekstremizmə qarşı barışmaz mövqe tutduğunu qeyd edib. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələrin, sinaqoqların fəaliyyət göstərdiyi, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində Azərbaycanın dövlət-din münasibətləri baxımından dünyaya nümunə olduğu diqqətə çatdırılıb.
Qeyd edilib ki, dini radikalizmə aparan yollardan biri də dini savadsızlıqdır ki, onunla mübarizə hər bir vətəndaşın borcudur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

.

.

.

Subyekt.az