![]()
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) keçirdiyi əməliyyat-texniki tədbirlərlə MİDA-nın adından saxta güzəştli mənzil müqavilələri hazırlayaraq vətəndaşları aldadan 2 nəfər saxlanılıb.
Subyekt.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb. Xəbərdə deyilir ki, şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə edərək saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayıblar.
Vətəndaşlara güzəştli mənzili növbədənkənar əldə edə biləcəkləri barədə yalan vədlər verərək onlardan 1000–9000 manat arasında pul alıblar.
Əməliyyat zamanı 472 ədəd saxta müqavilə aşkarlanaraq maddi sübut kimi götürülüb.
DİN bildirir ki, güzəştli mənzillərlə bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə edin. “Növbədənkənar mənzil”, “tanışlıqla üstünlük”, “prosesi sürətləndirmək” kimi vədlərə inanmayın.
Şübhəli təkliflə qarşılaşdınızsa, dərhal polisə məlumat verin.
https://www.facebook.com/reel/1415888437405172
Subyekt.az