Yeni tədris ili ərəfəsində kirayə mənzil axtarışının artmasından istifadə edən dələduzlar müxtəlif platformalarda saxta elanlar yerləşdirərək vətəndaşları aldadırlar.
Dələduzlar münasib qiymətə mənzil təklif edərək onu “saxlamaq” adı ilə əvvəlcədən beh tələb edir, pul göndərildikdən sonra isə əlaqəni kəsirlər.
Mənzili görmədən, elan sahibinin kimliyini və mənzilə dair məlumatları dəqiqləşdirmədən əvvəlcədən pul göndərməyin!
Bazar qiymətindən xeyli aşağı təkliflərə və “təcili beh göndərin” kimi ifadələrlə sizi tələsdirən şəxslərə qarşı xüsusilə diqqətli olun.