DİN-dən daha bir çağırış-Hesabınıza kimsə pul köçürmək istəyirsə, 16 rəqəmdan əlavə məlumatları verməyin Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev kiber cinyatkarların tələsinə düşməmək üçün vətəndaşlara daha bir çağırış edib. Subyekt.az xəbər verir ki, Elşad Hacıyev sosial şəbəkədə paylaşımında yazıb: “Cinayətkar qruplar xarici nömrələr vasitəsilə ayrı-ayrı vətəndaşlara zənglər edərək onların bank kartı məlumatlarını əldə etməklə hesablarında olan vəsaitləri kiber üsullarla talamaqda davam edirlər.
Mayın 18-19 tarixlərində vətəndaşlara aid 9604, 6500, 5075, 2720, 1700, 1700, 1432, 1347, 1340, 1200, 1123, 975, 560, 490, 460, 400, 318, 300, 250, 160, 100, 43 vəsaitlər oğurlanıb. Bütün faktlar bir üsulla – şəxsi məlumatları vətəndaşların tanımadığı şəxslərə verməsi nəticəsində baş verib. Ən yüksək məbləğ, “faiz hesablanmadan əlavə kredit xətti açılması” ilə bağlı 9604-dır, “bankdandır, karta müdaxilə var, hesabınızdan pul oğurlanma riski yaranıb, aradan qaldırmağa çalışırıq”, -deməklə 6500 manat pul da çıxarılıb. Digər faktlar da eyni məzmunludur.
Hesabınıza kimsə pul köçürmək istəyirsə, 16 rəqəmdan əlavə məlumatları verməyin. Əgər hər hansı cəlbedici təkliflərə inanmaq istəyirsinizsə, müştərisi olduğunuz bankla əlaqə saxlayın, informasiyanı yoxlayın, əks halda pul vəsaitinizi itirəcəksiniz”.
Subyekt.az