![]()
Subyekt.az sfera.az-a istinadla bildirir ki, AzTV sədri Rövşən Məmmədovun əmri ilə Mədəniyyət kanalının direktoru Dilarə Səlimova vəzifəsindən azad edilib.
Onun yerinə isə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmidağa Əsədzadə təyin olunub.
Rəhbər dəyişikliyinin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Təyinatın hansı tarixdən qüvvəyə mindiyi barədə də məlumat açıqlanmayıb.
Subyekt.az