Deputatlığa namizəd Mircəlil Qasımlı Yevlax rayonunun Malbinəsi kəndində Vətən müharibəsi Şəhidi Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Seymur Həsənlinin ailəsini ziyarət ediblər. Şəhidin ailə üzvləri ilə həmsöhbət olub və onların qayğıları ilə maraqlanıblar. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Namizəd Mircəlil Qasımlı çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə qazandı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü və qüdrətinin də bütün dünyaya bir daha nümayiş etdirdi.
Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə Möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Seymur Həsənli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Subyekt.az