
1 sentyabr Milli Məclis seçkilərində 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu10 avqust 2024-cü il tarixində Bərdə şəhəri Yeni Daşkənd kəndində kənd Folklor evinin akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.
Deputatlığa namizəd Qasımlı Mircəlilin səlahiyyətli nümayəndəsi Samir Sarıyev çıxış edərək namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi.
Deputatlığa namizəd Qasımlı Mircəlil çıxış edərək bildirdi ki, 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə parlament seçkiləri keçiririk. Bu seçkilər də növbədənkənar prezident seçkiləri kimi bütün ölkə ərazisini əhatə edəcək və “Qarabağ Azərbaycandır!” reallığını bir daha dünya ictimaiyyətinə nümayiş etdirəcək. Hər birimiz üçün qürurverici haldır ki, keçmiş məcburi köçkün olaraq doğma ata-baba yurdumuzda seçici olaraq ikinci dəfə səsverməyə qatılırıq. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsdiqdir. Parlament seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsi olduqca qürurverici və əlamətdar hadisədir. Namizəd çıxış edərək bildirdi ki, Əziz seçicilərim mənə etimad göstərib səs verərsinizsə, sizi Mili Məclisdə uğurla təmsil etmək, haqq səsinizi daima uca tutmaq, problemlərinizin həlli üçün məsuliyyətlə çalışacağıma söz verirəm. Doğma Kəlbəcərimizi işıqlı, firavan günlərə çatdırmaq üçün əl-ələ verib birgə çalışacağıq!
Namizədin vəkili Şəhid atası şair Ələkbər Ələsgərov, ziyalılardan şair Kamil Təbib İsayev və digər çıxış edənlər bildirdilər ki, tarixi qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb. Kəlbəcərli fermerlər, arıçılar yay mövsümündə təsərrüfatlarını doğma yurdlarına köçürürlər. Yaxın vaxtlarda əhalinin yeni inşa olunan Kəlbəcər şəhərinə köçürülməsinə start veriləcək. Ulu öndər Heydər Əliyevin bir zamanlar böyük uzaqgörənliklə dedikləri reallaşır-kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar.
Hər birinizi 1 sentyabrda Milli Məclisə seçkilərdə namizədimiz Mircəlil Qasımlıya səs verməyə çağırıram.
#ParlamentSeçkiləri #Seçki2024
Subyekt.az