![]()
Bu barədə URA.RU Yuqranın siyasi rəhbərliyindəki mənbə məlumat verib.
“Tağızadə iyulun 21-dən istefa ərizəsi yazıb. Rayon Duması yaxın vaxtlarda buna qiyabi baxıb qərar çıxarmalıdır”, – məlumat verən xəbər verir.
Tağızadə özü də məlumatla bağlı sonradan münasibət bildirəcəyini vəd edib.
Onun açıqlamasının yaratdığı qalmaqaldan sonra deputat əvvəlcə Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən, sonra isə maaşından məhrum edilib.
Lakin prokurorluq onun ifadəsində heç bir qanun pozuntusu aşkar etməyib.
Subyekt.az