![]()
Milli Məclisin deputatı Vüqar Bayramov növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı Bakı şəhərində yaşayan və əvvəlcədən müraciət edərək görüşə yazılan sakinlərin müraciətləri dinlənilib, onların qarşılaşdıqları sosial və məişət xarakterli problemlərlə bağlı məsələlər müzakirə olunub.
Subyekt.az xəbər verir ki, görüş zamanı vətəndaşlar tərəfindən mənzil təminatı, pensiya təyinatı, əlilliyin müəyyən edilməsi, səhiyyə xidmətlərindən istifadə, kredit borcları, sosial təminat və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Deputat Vüqar Bayramov vətəndaşların müraciətlərini diqqətlə dinləyib, aidiyyəti məsələlərin həlli istiqamətində mümkün dəstəyin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Qəbul zamanı bəzi müraciətlərlə bağlı ilkin qərarlar qəbul edilib və məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması nəzərdə tutulub.
Aidiyyəti dövlət qurumlarının müdaxiləsini və dəstəyini tələb edən müraciətlərlə bağlı deputat tərəfindən müvafiq dövlət strukturlarına rəsmi deputat sorğularının göndərilməsi planlaşdırılır.
Vüqar Bayramov vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsinin onların problemlərinin yerində öyrənilməsi, aidiyyəti qurumlarla əlaqələndirmənin gücləndirilməsi və müraciətlərin həlli istiqamətində səmərəli mexanizmlərin tətbiqi baxımından əhəmiyyətli olduğunu bildirib.
Növbəti vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər deputat köməkçisi Eltun Ağakişiyev ilə 050 226 80 02 telefon nömrəsi vasitəsilə əlaqə saxlayaraq əvvəlcədən qeydiyyatdan keçə bilərlər. 


#MilliMəclis #VətəndaşQəbulu #Deputat #VüqarBayramov
Subyekt.az