![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bugün Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında növbəti vətəndaş qəbulu keçirib. Qəbulda qəsəbə sakinləri ilə yanaşı digər rayonlardan gələn vətəndaşlar da iştirak ediblər.
Subyekt.az xəbər verir ki, Müraciət edənləri narahat edən başlıca məsələlər- sosial müdafiə, məşğulluq, səhiyyə, ədliyyə orqanlarının fəaliyyəti, vəzifəli şəxslərin fəaliyyətindən narazılıq və digərlərindən ibarət olub.
Vətəndaşları fərdi qaydada qəbul edən deputat ona ünvanlanan müraciətləri dinləyib,qaldırılan məsələlər barəsində zəruri izahatlar verib, tövsiyyələrini çatdırıb. Qəbul əsnasında deputat tərəfindən müvafiq dövlət qurumları ilə telefon əlaqəsi saxlanılıb və müraciətlərin bir qismi yerindəcə həll edilib. Qanunvericiliyə uyğun olan digər məsələlərlə bağlı isə müvafiq dövlət qurumlarına təqdim edilmək üçün vətəndaşların ərizələri qəbul edilib.








#MilliMəclis #MillətVəkili #FazilMustafa #VətəndaşQəbulu
Subyekt.az