![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib. Sülh küçəsi, 35 ünvanında baş tutan qəbulda seçicilərlə yanaşı digər rayonlardan gələn vətəndaşlar da iştirak edib.
Görüş zamanı Millət vəkili vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Müraciət müəlliflərini narahat edən məsələlər başlıca olaraq, sosial müdfiə, məşğulluq, vəzifəli şəxslərin fəaliyətindən narazılıq, setifikasiya imtahanından narazılıq, hüquqi problemlər və digərlərindən ibarət olub.
Qaldırılan problemlərin bir qismi yerindəcə həllini tapıb. Qanunvericiliyə uyğun olan digər məsələlərlə bağlı isə aidiyyatı üzrə müraciət ediləcəyi diqqətə çatdırılıb və bununla bağlı müvafiq tapşırıqlar verilib.

.

.

.

Subyekt.az