![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib. (Sülh küçəsi,35) Qəbulda qəsəbə daxilində yaşayan seçicilərlə yanaşı digər rayonlardan gələn vətəndaşlar da iştirak edib.
Subyekt.az xəbər verir ki, Qəbul iştirakçılarını narahat edən başlıca məsələlər məşğulluq, sosial müdafiə, təhsil, ev, torpaq və digərlərindən ibarət olub.
Fərdi qaydada Deputat tərəfindən qəbul edilən vətəndaşlar diqqqətlə dinlənilib və qanunvericiliyə uyğun olan bütün müraciətlər nəzarətə götürülərək, həlli üçün müvafiq addımlar atılması qərara alınıb.





#MilliMəclis #MillətVəkili #FazilMustafa #VətəndaşQəbulu
Subyekt.az