![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı şəhərinin Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Sülh küçəsi 35 ünvanında keçirilən qəbulda deputatın təmsil etdiyi 26 saylı Sabunçu birinci seçki dairəsinin sakinləri ilə yanaşı, digər rayonlardan müraciət edən vətəndaşlar da iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciət və təklifləri fərdi qaydada dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib.
Vətəndaşların müraciətləri əsasən məşğulluq, mənzil təminatı, sosial müdafiə, müəlliflik hüququ, əfv və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi və prosesin nəzarətdə saxlanılacağı vətəndaşların diqqətinə çatdırılıb.
Subyekt.az