![]()
46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimovanın vətəndaşlarla növbəti qəbulu keçiriləcək. Subyekt.az xəbər verir ki, qəbul 14 yanvar 2026-cı il tarixində, saat 11:00-da baş tutacaq.
Vətəndaş qəbulu Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının qərargahında (6-cı mikrorayon) keçiriləcək. Görüş zamanı seçicilərin müraciət və təklifləri dinləniləcək, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Qəbulda iştirak etmək və əlavə məlumat almaq üçün
070 860 86 44 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Subyekt.az