![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Sabunçu rayonunun Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı müraciət və təkliflər fərdi qaydada diqqətlə dinlənilib, qaldırılan məsələlərin dərindən araşdırılacağı və mövcud çətinliklərin həlli üçün zəruri addımların atılacağı vurğulanıb.
Vətəndaş müraciətləri əsasən məşğulluq, səhiyyə, sosial təminat, təhsil və əmlak məsələləri ilə bağlı olub. Qaldırılan problemlərin bir hissəsi yerindəcə həll edilib, digər müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun olaraq aidiyyatı üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsi qərara alınıb.
Qeyd edək ki, vətəndaşların qəbulu hər həftənin bazar ertəsi günü saat 15:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında mütəmadi olaraq keçirilir.
Subyekt.az