![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sabunçu rayonunun Bakıxanov qəsəbəsində aprel ayı üzrə növbəti vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı deputat vətəndaşları fərdi qaydada dinləyərək, onların müraciət və təkliflərinə həssaslıqla yanaşıb, üzləşdikləri problemlərlə yaxından maraqlanıb.
Vətəndaş müraciətləri əsasən məşğulluq, mülkiyyət, sosial müdafiə, əfv, hüquq məsələləri və digər sahələri əhatə edib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Digər müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsi qərara alınıb.
Subyekt.az