![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fevral ayı üzrə növbəti vətəndaş qəbulu keçirib.Qəbul zamanı vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, üzləşdikləri problemlərlə maraqlanılıb.
Subyekt.az xəbər verir ki, Vətəndaşların müraciətləri əsasən məşğulluq, sağlamlıq, sosial təminat, əfv, torpaq, ədliyyə orqanlarının fəaliyyəti, abadlıq və digər məsələlərlə bağlı olub.
Qaldırılan problemlərin bir qismi yerindəcə həllini tapıb.Qanunvericiliyə uyğun olan digər məsələlərlə bağlı isə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət olunması qərara alınıb.
Subyekt.az