![]()
Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 21 nömrəli Şəhər Poliklinikasına növbəti dəfə baş çəkərək burada aparılan əsaslı təmir-tikinti işlərinin gedişi ilə tanış olub.
Subyekt.az xəbər verir ki, Deputata görülən işlərin hazırkı vəziyyəti, yenidənqurma prosesinin gedişi və qarşıda duran işlər barədə məlumat verilib. Bildirilib ki, poliklinikanın müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.
Deputat təmir-tikinti işlərinin gedişi ilə bağlı yerində məlumat alıb, görülən işlərlə bağlı fikirlərini bölüşüb və qarşıda duran məsələlərin diqqətdə saxlanılacağını bildirib.




Milli Majlis
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması
Subyekt.az