![]()
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaynaq kəndində olaraq, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş Surxayzadə Cahangir Hətəm oğlunun ailəsini ziyarət edib.
Subyekt.az xəbər verir ki, Görüş zamanı deputat şəhid ailəsinin qayğıları ilə maraqlanıb, onların mövcud sosial vəziyyəti, gündəlik ehtiyacları və qarşılaşdıqları problemlər barədə məlumat alıb. A. Məmmədov bildirib ki, Azərbaycan dövləti hər zaman şəhid ailələrinin yanında olub və onların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir.
Deputat şəhidimizin göstərdiyi igidliyin və qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayaraq, Surxayzadə Cahangir Hətəm oğlunun ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda fədakar mübarizəsinin gələcək nəsillər üçün nümunə olduğunu qeyd edib.
Şəhid ailəsi diqqət və qayğıya görə deputat Anar Məmmədova minnətdarlığını bildirib.






Subyekt.az