![]()
Millət vəkili Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə birlikdə antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olmuş Lalayev Ruslan Akif oğlunun ailəsini ziyarət edib.
Subyekt.az xəbər verir ki, Görüş zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ailəsinin qayğıları və ehtiyacları ilə maraqlanılıb. Deputat Anar Məmmədov qeyd edib ki, Azərbaycan dövləti və xalqı hər zaman şəhidlərimizin xatirəsini uca tutur, onların ailələrinin yanında olmaq ən ali vəzifələrdən biridir.
Şəhid ailəsinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayan millət vəkili, onların problemlərinin həlli istiqamətində dəstəyin daim davam etdiriləcəyini bildirib.
Sonda şəhid ailəsinə bir daha başsağlığı verilib, onların bütün ehtiyaclarının qarşılanması üçün müvafiq addımların atılacağı ifadə olunub.





#MilliMəclis #Deputat #AnarMəmmədov #ŞəhidlərÖlməz
Subyekt.az