![]()
Tərtər rayonunun Xəlil Əzimov adına Qaynaq kənd orta ümumtəhsil məktəbində yeni qaz xəttinin çəkilməsi uğurla başa çatıb. Bu əhəmiyyətli layihənin reallaşmasında “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi xüsusi rol oynayıb.
Deputat Anar Məmmədov bildirib ki, kənd sakinləri və məktəb kollektivinin rahatlığı üçün həyata keçirilən bu iş böyük əhəmiyyət kəsb edir. O, “Azəriqaz” İB rəhbərliyinə təşəkkürünü bildirib və layihənin icrasında göstərdikləri diqqət və səmimiyyətə görə minnətdarlığını ifadə edib.
Yeni qaz xətti sayəsində məktəb və kənd sakinləri daha təhlükəsiz və rahat enerji mənbəyinə sahib olacaqlar. Bu layihə regionun sosial-iqtisadi inkişafına və əhalinin rifah halının yüksəldilməsinə töhfə verəcək.




Subyekt.az