![]()
Anar Məmmədov Tərtər rayonunun Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşan Ağdərə rayonu sakinləri ilə növbəti görüşünü keçirib.
Subyekt.az xəbər verir ki, Görüş zamanı “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi, xüsusilə Umudlu kəndinə köçlə bağlı həyata keçirilən tədbirlər müzakirə olunub. Deputat kənd sakinlərinin uzun müddətdir qaldırdığı məskunlaşma məsələsinin artıq müsbət həllini tapdığını diqqətə çatdırıb.
Anar Məmmədov çıxışında bildirib ki, dövlət tərəfindən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, sakinlərin doğma torpaqlarına təhlükəsiz və dayanıqlı şəkildə qayıdışı təmin olunur. O, Umudlu kəndinə köç prosesinin sakinlər üçün yeni mərhələnin başlanğıcı olduğunu vurğulayıb.
Görüş iştirakçıları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildiriblər.













Subyekt.az