“İsrail ordusu atəşkəs razılaşmasının şərtlərini yerinə yetirmək üçün Livanla müharibə zamanı atdığı addımlardan daha qətiyyətli hərəkət edəcək”. “Times of İsrael” xəbər verir ki, bu sözləri İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib. “Əsgərlərimizə, sərhəd bölgəsinə və qeyd etdiyimiz bölgədəki kəndlərə yaxınlaşan “Hizbullah” döyüşçüləri hədəf alınacaq. İsrail aylarını müharibəyə xərcləmək niyyətində deyil”, – o bildirib. Xatırladaq ki, İsraillə Livan arasında atəşkəs razılaşması qüvvəyə minib.
Subyekt.az