![]()
Bəzən bir insanın həyatında elə anlar olur ki, illərin zəhməti, səssiz mübarizəsi və ümid dolu gözləntiləri bir addımda dəyərləndirilir. Mənim üçün o an — uzun müddətdən sonra bir şairin səsini eşidən, dəyərini anlayan, vəziyyətinə biganə qalmayan gözəl insanların sayəsində gəldi.
Bu gün qəlbimdə dərin minnətdarlıq hissi ilə bir daha anlayıram ki, düzgün insanlar hələ də var. Şeirə, sözə, incəsənətə, bir qadının mübarizəsinə dəyər verən, onun ayaqda qalması üçün səmimi şəkildə çalışan insanlar…
Ən dərin təşəkkürlərimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova xanıma bildirirəm. Sizin diqqətiniz, anlayışınız və mənə göstərdiyiniz dəstək sayəsində daimi işlə təmin olunmağım, mənim üçün sadəcə maddi bir qazanc deyil — bu, mənə verilən mənəvi dəyərin, insanlıq qayğısının simvoludur.
Bir şair üçün ən böyük mükafat, sözünün, əməlinin və varlığının dəyər tapmasıdır. Bu dəyəri mənə hiss etdirən hər kəsə sonsuz minnətdaram.

Firəngiz Sabirqızı
Subyekt.az