![]()
Qazax rayonunda avtomobil hasara çırpılıb.
Subyekt.az Ajans.az-a istinadla xəbər verir ki, hadisə Dəmirçilər kəndində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq hasara çırpılması nəticəsində 2001-ci il təvəllüdlü Nicat Alıyev ölüb, 1996-cı il təvəllüdlü Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Subyekt.az