![]()
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində iki fakt üzrə bəyan olunmadan gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən dərman vasitələri və tibbi avadanlıq aşkar edilib.
İdarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində gömrük baxışı keçirilən nəqliyyat vasitələrindən gömrük orqanına bəyan edilməyən 2495 konvalyut “Dideral 40 mg”, 42 flakon “Imfinzi” adlı dərman vasitələri, 1025 ədəd “Fraven” adlı şpris və 1 ədəd tibbi avadanlıq aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Subyekt.az