![]()
Cənubi Koreyanın bədii gimnastika üzrə “Kim Joo Young” klubu təlim-məşq toplanışı üçün Bakıya gəlib. Xəbər verilir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. İdmançıların hazırlıq prosesi Milli Gimnastika Arenasında gerçəkləşir. Klub üzvləri dekabrın 19-dək burada məşqlər keçəcəklər.
Subyekt.az