Skip to content
26 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • COP29.az vebsaytı istifadəyə verilib
  • Ölkə

COP29.az vebsaytı istifadəyə verilib

04 May 2024
6634ba460fb656634ba460fb6617147315906634ba460fb636634ba460fb64
6

Loading

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının rəqəmsal məlumat platforması bugündən artıq istifadəyə verilib.
COP29 Azərbaycan Əməliyyat Şirkətindən APA-ya bildirilib ki, platforma Konfransa hazırlıq prosesində COP29 Sədrliyinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları, tədbirə hazırlıq işləri və eləcə də tədbir iştirakçıları və medianı maraqlandıran bütün təşkilati məqamları özündə əks etdirəcək.
Qeyd olunmalıdır ki, vebsaytın mövcud versiyası üzərindən Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində aparılan işlər, danışıqlar prosesinə dair önəmli xəbərlər və ölkənin ali rəhbərliyinin iqlim fəaliyyəti ilə bağlı irəli sürdüyü başlıca təşəbbüslər iki dildə yerli və beynəlxalq ictimaiyyətin nəzərinə operativ şəkildə çatdırılacaq.

İrəliləyən dövrdə isə, COP29 Sədrlik mandatı Azərbaycana təqdim olunduqdan sonra, iştirakçı tərəflərin istifadəsi üçün nəzərdə tutulmuş pavilyon məlumatları, qonaqlama, e-viza, akreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlərlə bağlı müvafiq platformalar https://cop29.az/en vebsaytı üzərindən təqdim olunacaq.
Azərbaycanın yaşıl keçid strategiyasını və COP29 Sədrliyinin əsas gündəliyini tərənnüm edən internet saytı istifadəçilər üçün məlumatın əlçatanlığı və onları maraqlandıran suallara asan cavab tapmaları prioriteti ilə ərsəyə gətirilmiş, sadə və interaktiv formada dizayn edilib. Yerli və qlobal istifadəçilər üçün nəzərdə tutulmuş qeyd edilən e-xidmətlər operativ məlumatları və əlaqədar platformalara birbaşa keçidi təmin edəcək.
COP29-un vebsaytına https://cop29.az ünvanından daxil olmaq mümkündür.

Subyekt.az

Continue Reading

Previous: “Şuşa Bəyannaməsi” bütün Türk dünyasının uğurudur
Next: Xankəndinin təhlükəsiz şəhərə çevrilməsi

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq
  • Fövqəladə Hallar Nazirliyinin gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciəti
  • 27 İYULDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • Qubada Firəngiz Sabirqızının “Uşaq şeirləri” kitabının təqdimatı keçirilib
  • “Qaçqınkom”un sədri Rövşən Rzayev Oğuzda vətəndaş qəbulu keçirəcək

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

752488574_1626183799507011_5621519416428254938_n
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

26 İyul 2026
2026
  • Hadisə
  • Ölkə
  • Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciəti

26 İyul 2026
758253031_2213152889476426_6933770691984715678_n
  • Ölkə
  • Xəbərlər

27 İYULDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

26 İyul 2026
ca25c024-8b42-4bcc-81ed-b46bd0107460
  • Mədəniyyət
  • Ölkə
  • Sosial
  • Tarixdə bu gün
  • Xəbərlər

Qubada Firəngiz Sabirqızının “Uşaq şeirləri” kitabının təqdimatı keçirilib

26 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.