
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un başlamasına sayılı günlər qalıb. Belə ki, tədbir noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək. Sözügedən tədbirdən gözləntilər nələrdir? Bununla bağlı açıqlama verən Sosial Rifah və Tədqiqatlar Mərkəzinin sədri, tədqiqatçı Əkrəm Bəydəmirli deyib ki, sözügedən konfrans informasiya müharibəsində gerçəyi ortaya qoymaq üçün yeni imkanlar açır. Onun sözlərinə görə, COP29 tədbirinin Azərbaycanda keçirilməsi isə əhəmiyyətli hadisədir:
“COP29 yalnız ekologiya və ətraf aləmlə bağlı deyil. Bu həm də insan sağlamlığı, mövcud problemlərin həllinə dəstək məqsədilə atılacaq addımlardır. Məhz belə tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin bir çox qlobal problemlərin həllinə töhfəsi olacaq. Eyni zamanda, bu tədbir həm “yaşıl enerji” yə keçid üçün yeni imkanlar yaradır, həm də ölkəmizin dünya miqyasında olan yüksək nüfuzunu göstərir. Bundan əlavə COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün vacib istiqamətlər müəyyənləşdirəcək”.
Subyekt.az