![]()
Çinin Hunan əyalətində fişəng istehsalı zavodunda baş verən güclü partlayış nəticəsində azı 21 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb.
Hadisə əyalətin paytaxtı Changsha şəhərində baş verib. Partlayışın yerli vaxtla günorta saatlarında baş verdiyi bildirilir.
Yayılan görüntülərdə iri ərazidən qalın tüstünün qalxdığı, binaların dağıldığı və ətrafa çoxsaylı dağıntıların səpələndiyi görünür. Hadisə yerinə yüzlərlə xilasedici, yanğınsöndürən və tibb işçisi cəlb olunub.
Məlumata görə, partlayış Huasheng Fireworks Manufacturing and Display Company müəssisəsində qeydə alınıb. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
Çin rəhbəri Si Cinpin insidentlə bağlı dərhal araşdırma aparılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tapşırıb. O, həmçinin ölkədə sənaye sahələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Subyekt.az