![]()
– İyulun 25-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Subyekt.az xəbər verir ki , DİN -dən verilən məlumata görə axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
– Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Subyekt.az