1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində məskunlaşan seçicilərimizlə təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşümüzü keçirdik.
Seçicilərimizə ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinin əhəmiyyəti, yeni dövrün strateji hədəfləri, dövlətimizin regional liderlik uğrunda yeni mərhələyə qədəm qoymasından, vətəndaş-dövlət həmrəyliyi, deputatlıq institutu, tarixən formalaşmış seçki mədəniyyətinin müxtəlif mərhələlərindən danışdıq. Onları səsvermə günü fəal olmağa, seçkidə fəal iştiraka çağırdıq.
Yüksək fəallıqla keçən görüşümüzün sonunda vətəndaşlarımızın fikir və təkliflərini dinlədik, mövcud problemlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi apardıq.
#MilliMəclis #Deputat #CeyhunMəmmədov #YeniAzərbaycanPartiyası #YAP #120saylıseçkidairəsi #Cəbrayıl #Qubadlı #Qarabağ #ŞərqiZəngəzur #Seçki #Seçki2024 #Parlament #ParlamentSeçkiləri #YeniDövrəYeniAzərbaycanla
Subyekt.az