
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının sədr müavini Məhəmməd Əliyevlə birlikdə Sabirabad rayonu Güdəcühür və Şəhriyar qəsəbələrində məskunlaşan seçicilərimizlə növbəti görüşümüzü keçirdik.
Seçicilərimizə ölkəmizdə tarixən formalaşmış seçki mədəniyyətindən, qarşıdakı seçkilərin yerli və regional əhəmiyyətindən, cənab prezidentin idarəetmə konsepsiyasının müasir elementlərindən, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından danışdıq. Onları səsvermə günü fəal olmağa çağırdıq.
Yüksək fəallıqla keçən görüşümüzün sonunda vətəndaşlarımızın fikir və təkliflərini dinlədik, mövcud problemlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi apardıq.
#MilliMəclis #Deputat #CeyhunMəmmədov #YeniAzərbaycanPartiyası #YAP #120saylıseçkidairəsi #Cəbrayıl #Qubadlı #Qarabağ #ŞərqiZəngəzur #Seçki #Seçki2024 #Parlament #ParlamentSeçkiləri #YeniDövrəYeniAzərbaycanla
Subyekt.az