![]()
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaxın Şərq regionunda təhlükəsizlik və sabitliyin dəstəklənməsi yollarının müzakirəsi və əlaqələndirilməsi məqsədilə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən nazirlərin məsləhətləşmə xarakterli görüşündə iştirak edib. XİN-dən verilən xəbərə görə, müzakirələr zamanı nazir fevralın 28-dən etibarən regionda yaranmış ciddi böhranın aradan qaldırılmasının təcili olduğunu vurğulayıb. Qeyd olunub ki, eskalasiyanın nəticələri ayrı-ayrı ölkələrlə məhdudlaşmır, daha geniş regional və qlobal risklər yaradır, mülki şəxslərin həyatını və infrastrukturu təhlükə altına qoyur.
Subyekt.az