
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini cənab Cavid Qurbanovun doğum günüdür. 66 yaşı münasibət ilə Subyekt.az-ın kollektivi adından cənab Cavid Qurbanovu təbrik edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik. Cavid Qurbanov tanınmış nəslin nümayəndəsidir. O, Aşıq Qurban Ağdabanlının nəticəsi, Aşıq Şəmşirin nəvəsi, Qənbər Şəmşiroğlunun oğludur.
Cavid Qənbər oğlu Qurbanov
19 sentyabr 1958: anadan olmuşdur.
1985: Azərbaycan Mühəndis İnşaat İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.
1999: Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini nəqliyyat tikintisi (dəmir yolu tikintisi və təsərrüfatı) ixtisası üzrə bitirmişdir.
2004: Tula Dövlət Universitetini bitirərək Texniki elmlər namizədi alimlik dərəcəsini almışdır.
1975 – 1976: Kəlbəcər şəhərində elektroenergetika sahəsində müxtəlif vəzifələrdə çalışmışdır.
1976 – 1980: 26 Bakı komissarı adına mətbəədə müxtəlif vəzifələrdə çalışmışdır.
1980 – 1981: “Azərdövlət” Layihə İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.
1982 – 1987: “Azərnəqliyyattikinti” Trestində müxtəlif vəzifələrdə çalışmışdır.
1987 – 1992: “Elektromexanikləşdirmə” Trestində müxtəlif vəzifələrdə çalışmışdır.
1992 – 1993: Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Respublika İxtisaslaşdırılmış İstehsalat Avtomobil Nəqliyyat Birliyinin baş direktoru vəzifəsində çalışmışdır.
1993: Azərbaycan Respublikası Prezidentinin 20 may 1993-cü il tarixli fərmanı ilə “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin edilmişdir.
1995: “Avtoərzaqnəqliyyat” Birliyinin baş direktoru vəzifəsində çalışmışdır.
1996 – 1997: Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı bölməsinin Təchizat şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
1997 – 1999: “Azərdəmiryoltikinti” Trestinin rəisi vəzifəsində çalışmışdır.
2000 – 2003: “Azərdəmiryolservis” İstehsalat Birliyinin rəisi – yol rəisinin müavini vəzifəsində çalışmışdır.
2003 – 2007: Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin rəisi vəzifəsində çalışmışdır.
2007: Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2007-ci il tarixli sərəncamı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.
2015: Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.
2022: Azərbaycan Respublikası Prezidentinin 24 may 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Cavid Qurbanov 123 saylı Kəlbəcər seçki dairəsindən 2005, 2010, 2015 ci illərdə millət vəkili seçilmişdir. O fəaliyyəti dövründə Kəlbəcərli seçicilərinin problemləri ilə yaxından tanış olmuş və əlindən gələn dəstəyi heç zaman seçicilərindən əsirgəməmişdir. İstər işlə bağlı, İstərsədə sosial qayğıları ilə bağlı müraciət edən kəlbəcərlilərə daima dəstək olmuşdur.
Subyekt.az