![]()
6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində tədbir keçirilib.
Subyekt.az xəbər verir ki, Tədbirdə nazir müavini Cavid Qurbanov çıxış edərək Azərbaycan rabitəsinin 144 illik zəngin tarixinə nəzər salıb, ölkədə internet infrastrukturu, elektron xidmətlər və informasiya təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlardan danışıb. O, sahədə əldə olunan uğurlarda əməkdaşların əməyi xüsusi vurğulayıb və peşə bayramı münasibətilə işçiləri təbrik edib.
Tədbirdə həmçinin “Rabitə ustası” adına və Fəxri Fərmanlara layiq görülən əməkdaşlar təltif olunub.











#RİNN #Rəqəmsalİnkişaf
Subyekt.az