
Yasamal rayonunda rəsmi icazəsi olmadan vətəndaşın evini sökən “Melissa Group” tikinti şirkətinə daxil olan “FEBA” MTK-nın nümayəndəsi hadisə ilə bağlı açıqlama verib. MTK-nın nümayəndəsi Arzuman Murtuzayev “Xəzər TV”yə söküntü aparılması tapşırığının şirkət tərəfindən verilmədiyini bildirib. Onun sözlərinə görə, işçilər səhvən evi söküblər: “Müqavilə bağladığımız işçi səhvən edib, bilməyib ki, orada kimsə yaşayır. Səhvən olub. Həmin sahədə 55 ev olub, 54-ü razılıqla köçürülüb. Hacıyev Həbibə də bazar qiymətlərindən qat-qat baha- 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir”.
Subyekt.az