![]()
Cənubi Koreya hakimiyyəti Ukraynaya 100 milyon dollar ayırıb. B u barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa “X” sosial şəbəkəsində bildirib. Diplomat koreyalı həmkarı Ço Tae Yul ilə söhbət etməkdən məmnun olduğunu vurğulayıb və göstərdiyi dəstəyə görə Koreya Respublikasına təşəkkür edib.
Subyekt.az